Pakistan su təhlükəsizliyinə təhdid yaranacağı təqdirdə Hindistana qarşı müharibəyə başlaya bilər.
Aktual.az xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif deyib.
Onun sözlərinə görə, Hindistanın sudan silah kimi istifadə edərək Pakistanın su təchizatını pozmağa doğru sürətlə irəlilədiyini göstərən konkret sübutlar ortaya çıxarsa, İslamabad hərbi əməliyyatlar variantını nəzərdən keçirəcək.
Xəbər 98 dəfə oxunub.