Hillari Klinton söz verdi: Çinə qarşı sərt addımlar olacaq

Hillari Klinton söz verdi:   Çinə qarşı sərt addımlar olacaq

Demokratlar Partiyasından ABŞ prezidentliyinə əsas namizədlərdən sayılan Hillari Klinton Çinin siyasətindən narazılığını bildirib.

Report xarici KİV-ə istinadən xəbər verir ki, sabiq dövlət katibi hətta rəsmi Pekinə dolayı yolla hədə-qorxu gəlib.

"Çin qanunsuz yolla bizim bazarı ucuz mallarla doldurur, ticarət sirlərimizi oğurlayır, valyutasıyla manipulyasiya edir, dövlət şirkətlərini haqsız üstünlüklərlə təmin edir və Amerika şirkətlərinə qarşı ayrı-seçkilik həyata keçirir", - deyə H.Klinton bildirib.

O, seçicilərinə müraciətində prezident seçiləcəyi təqdirdə Çin hökuməti qarşısında haker hücumundan tutmuş insan hüquqlarına, iqlim dəyişikliyinə, ticarət problemlərinə qədər ən kəskin məsələləri qaldıracağına söz verib.

H.Klintonun sözlərinə görə, Çin onun şərtləriylə razılaşmasa, ABŞ bazarına çıxışını itirmək riski ilə üzləşəcək. 

Xəbər 322 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR