Hesablama Palatası Statistika Komitəsində yoxlama apardı

Hesablama Palatası Statistika Komitəsində yoxlama apardı

Qurum məlumat yaydı.

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.

Bu barədə PalatadanAktual.az-a bildirilib. 

Palatadan verilən məlumata görə, kollegiya iclasında dövlət büdcəsindən Statistika Komitəsinə, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Neftçala Suvarma Sistemləri İdarəsinə və Lənkəran Mərkəzi Rayon Xəstəxanasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası ilə bağlı məsələlər müzakirə edilib.

“İclasda müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb” - deyə, qurumdan bildirilib.

Bundan başqa, iclasda iş planı ilə Naxçıvan Muxtar Respublikası üzrə nəzərdə tutulan bir nəzarət tədbirinə dair audit proqramı təsdiq edilib.  

Aktual.az

Xəbər 541 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR