Hərbi bazaya hücum: 4 terrorçu öldürüldü

Hərbi bazaya hücum: 4 terrorçu öldürüldü
  • DÜNYA

Silahlı şəxslər Hindistanın Pathankot şəhərində Hərbi Hava Qüvvələrinə məxsus bazaya hücum ediblər.

Aktual.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Hindistanın ANI agentliyinin "Twitter" ünvanında məlumat verilib. Hərbçilərlə terrorçular arasında düşən atışmada hücum edən şəxslərdən 4-ü zərərsizləşdirilib. Atışma zamanı iki hərbçi həlak olub.

"Silahlı şəxslər və təhlükəsizlik qüvvələri arasında atışma başa çatıb. Atışmada Hindistan Milli təhlükəsizlik Qvardiyasının 50 əsgəri iştirak edib. Lakin bazanın ərazisi hələ ki, silahlılardan təmizlənməyib", - deyə məlumatda bildirilir.

Atışmanın 4 saata yaxın davam etdiyi xəbər verilir.

"IBNLive" portalı daha bir nəfərin yaralandığı barədə məlumat verib. Mənbənin bu portala verdiyi məlumata görə, silahlı şəxslər Hindistana Pakistanın Bahavalpur şəhərindən 4 gün əvvəl gəliblər.

Xəbər 248 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR