Hazırda hər ay təxminən 30 000 rus əsgərini məhv edirik. Bunun miqyasını bir təsəvvür edin.
Aktual.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Ankarada keçirilən NATO Zirvə Görüşündə deyib.
"Təkcə iyun ayında təxminən 28.000 rus əsgəri məhv edilib və onların hər biri üçün video təsdiqimiz var. Onlar əsasən pilotsuz təyyarələr tərəfindən vurulub.
Açığını desəm, bununla fəxr etmirik. Əsla fəxr etmirik. Biz bunu müharibənin əsl simasını göstərmək üçün deyirik. Bu, bizim başlamadığımız, lakin döyüşməyə məcbur olduğumuz bir müharibədir”, - o bildirib.
Xəbər 87 dəfə oxunub.