Həmsədrlər Sarkisyan-Əliyev görüşünü təşkil etmək istəyirlər

Həmsədrlər Sarkisyan-Əliyev görüşünü təşkil etmək istəyirlər

“Danışıqlar prosesi intensivləşdirilməlidir”.

ATƏT-in Minsk Qrupunun həmsədrləri ilin sonunadək Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək niyyətindədir.
Aktual.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik oktyabrn 26-da bəyan edib.

Onun sözlərinə görə, İrəvan və Bakı səfərlərində müzakirə edəcəkləri əsas məsələlərdən biri bu görüşü təşkil etməkdir.

“Bildiyimə görə, dekabrın əvvəlində Ermənistanda referendum keçiriləcək (konstitusiya islahatı ilə bağlı referendumu nəzərdə tutur - “Report”). Ona görə də prezidentlərin görüşü referendumdan sonra ilin sonunda təşkil edilə bilər”, - Uorlik vurğulayıb.

Onun sözlərinə görə, danışıqlar prosesi prezidentlər səviyyəsindən aşağı məqamlarda intensivləşdirilməlidir.

Bu, komissiya, yaxud işçi qrup şəklində ola bilər, xalq dimplomatiyası layihələri də vacibdir, həmsədr onlara da vasitəçilik etməyə hazır olduğunu bildirib.

Xəbər 422 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR