Həftəsonu hansı taksilərin işləyəcəyi açıqlandı

Həftəsonu hansı taksilərin işləyəcəyi açıqlandı

"Xüsusi karantin rejiminin davam edəcəyi dekabrın 28-nə qədər fərqlənmə nişanı olan taksilər Bakıda heç bir məhdudiyyət olmadan fəaliyyət göstərə bilərlər"


Bunu "Report”a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.


Onun sözlərinə görə, qanunvericiliyin tələbinə uyğun olaraq sənədləri qaydasında olan sürücülər də fərqlənmə nişanı almaq üçün BNA-ya müraciət edə bilərlər.


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova isə "Report”a açıqlamasında bildirib ki, dekabrın 28-nə qədər rayon taksilərinə fərlənmə nişanı verilməyəcək: "Nazirlər Kabinetinin qərarına uyğun olaraq mart ayından etibarən şəhərlərarası və rayonlararası ictimai nəqliyyat fəaliyyət göstərmir. Qərarda giriş-çıxış yasağı göstərilən regionlara da taksilərin getməsi qadağandır. Bu tək həftəsonlarına aid deyil, həftənin bütün günlərinə aiddir. Amma son qərar bu oldu ki, dekabrın 28-nə qədər fərqlənmə nişanı olan taksi sürücüləri bütün regionlarda xidmət göstərə biləcəklər. Amma fürsətdən yararlanma halları ola bilər. Tutaq ki, ictimai nəqliyyat həftəsonları işləmir. İndiyə qədər qeyri-qanuni fəaliyyət göstərmiş taksi sürücüləri, avtonəqliyyat vasitələrinin sürücüləri istəyəcəklər ki, gəlsinlər fərqlənmə nişanı alsınlar. Çünki iznli taksilər fərqlənmə nişanlı taksilərdir. Onlarla bağlı da biz bildirdik ki, həmin şəxslər fərqlənmə nişanını dekabrın 28-nə qədər ala bilməyəcəklər. O şəxslərin fərqlənmə nişanı yenilənəcək ki, onlar mütəmadi fərqlənmə nişanı alıblar. Misal üçün, vaxtı bitib və dəyişir. Amma yeni almaq istəyənlərin müraciətinə baxılmayacaq”.

Xəbər 386 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR