Hava şəraiti kəskin dəyişəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

Hava şəraiti kəskin dəyişəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

 Sabahdan ölkə ərazisində havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Aktual.az-a verilən məlumata görə, Bakıda, Abşeron yarımadasında və ayrı-ayrı rayonlarda avqustun 6-dək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. 

Bəzi şimal və qərb rayonlarında avqustun 4-6-da şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur.

 
Aktual.az
Xəbər 896 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR