Hamısı bir gündə oynayacaqlar

Hamısı bir gündə oynayacaqlar
  • İDMAN

Sabah Topaz Premyer Liqasında XXIII turun oyunları keçiriləcək.

Aktual.az  apasport.az-a istinadən bildirir ki, günün ilk matçı Gəncədə baş tutacaq.
 
Mükafatlar uğrunda mübarizədən qopmamağa çalışan "Kəpəz" "Sumqayıt"ı itkisiz keçmək əzmindədir. Son iki görüşdə uduzan qərb təmsilçisi uğursuzluq zolağından ötən tur çıxan rəqibi üzərində qələbə qazansa, bir pillə irəliləmək imkanı qazanacaq.
 
Turun iki paytaxt derbisi eyni vaxtda başlayacaq. Mövsümün ikinci yarısında xal itirməyən "Zirə" öz meydanında "Neftçi"ni qəbul edəcək. Mövqelərini qaytarmaq üçün mübarizə aparan "ağ-qaralar" debütantın seriyasını qırmağa çalışacaqlar. Belə ki, Zirə təmsilçisi cari mövsümdə evdə uduzmayıb.
 
Digər paytaxt derbisində AZAL "Rəvan"ı sınağa çəkəcək. Qələbə həsrətində olan komandalar uğursuz seriyanı qırmaq arzusundadır. AZAL 3 turdur, qələbə qazana bilmirsə, autsayder 9 matçdır, qalib gələ bilmir.
 
Əyalət təmsilçilərinin dueli isə Qəbələdə baş tutacaq. İlk iki dövrədə rəqibinə xal verməyən meydan sahibləri "Xəzər Lənkəran"ı itkisiz keçmək niyyətindədirlər. Medallar iddiasında olan "Qəbələ" son 3 turda qazandığı 1:0 hesablı qələbələrin davamını gətirsə, mövqeyini möhkəmlədib, liderlərə yaxınlaşacaq. Cənub təmsilçisi isə 11 turluq qol və qələbə həsrətini dayandırmağa çalışır.
 
Günə turun mərkəzi oyunu ilə yekun vurulacaq. "İnter" öz meydanında "Qarabağ"ı qəbul edəcək. Son iki turda qol buraxmayan paytaxt təmsilçisi meydana lideri büdrətmək üçün çıxacaq. Ardıcıl 3 qələbə qazanan ağdamlılar isə izləyiciləri ilə xal fərqinin azalmamağı üçün qalib gəlməlidirlər.
 
Topaz Premyer Liqası
XXIII tur
27 fevral (şənbə)

14:00. "Kəpəz" - "Sumqayıt"
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Kamran Bayramov,  Mahir Məmmədov
Gəncə şəhər stadionu
İlk 2 dövrədəki oyunlar: 3:1, 2:2

15:00. "Zirə" - "Neftçi"
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Elman Musayev, Ramil Əhmədov
Zirə İdman Kompleksinin stadionu
İlk 2 dövrədəki oyunlar: 2:0, 1:1

15:00. AZAL - "Rəvan"
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Nahid Əliyev, Xəlil Xəlilov
AZAL Arena
İlk 2 dövrədəki oyunlar: 1:0, 0:0

17:00. "Qəbələ" - "Xəzər Lənkəran"
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, İsgəndər Əliyev, Elvin Əsgərov
Qəbələ şəhər stadionu
İlk 2 dövrədəki oyunlar: 6:0, 1:0

18:00. "İnter" - "Qarabağ"
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vaqif Musayev, Ramil Diniyev
"İnter Arena"
İlk 2 dövrədəki oyunlar: 0:2, 0:1

Xəbər 486 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR