ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhəri körpə ölüm nisbətini azaltmaq üçün hamilə qadınlara ayda min dollar verəcək yeni proqramını açıqlayıb.
Aktual.az Elchi.az-a istinadən xəbər verir ki, Filadelfiya Xalq Sağlamlığı Departamenti elan edib ki, "Philly Joy Bank” adlı pilot proqram, Filadelfiyanın seçilmiş icmalarında yaşayan 250 hamilə qadına müntəzəm aylıq gəlir təmin etməklə uşaq ölümlərində irqi bərabərsizliklərlə mübarizə aparmaq məqsədi daşıyır.
Müntəzəm aylıq gəlir əldə etmək üçün sakinlər hamilə olmalı, illik 100.000 dollardan az ailə gəlirinə malik olmalı və ən aşağı doğum çəkisi nisbətlərinə malik üç Filadelfiya məhəlləsindən birində yaşamalıdırlar.
"Philadelphia Inquirer”-in məlumatına görə, 1000 dollarlıq nağd ödəniş şərtsiz həyata keçiriləcək və iştirakçılara doğuşdan sonrakı dövr də daxil olmaqla ümumilikdə 18 ay təklif olunacaq. Proqram iştirakçılarına həmçinin maarifləndirmə və maliyyə məsləhətləri, uşağa baxmağa kömək etmək üçün ev səfərləri, ana südü ilə qidalanma dəstəyi və doulalar (ana və ailəyə doğuşdan əvvəl və sonrakı dəstək verən mütəxəssis) kimi könüllü yardım təklif olunacaq.
Xəbər 2775 dəfə oxunub.