Hamilə qadını öldürən erməni cəzasız qalıb UKRAYNADA

Hamilə qadını öldürən erməni cəzasız qalıb  UKRAYNADA

“Qızımı öldürən ermənin cəzadan yayınacağından qorxuram”. Lent.az-ın məlumatına görə, bunu vesti.az-a hamilə qızı erməni tərəfindən öldürülən Yelena Valino deyib. 

Hadisə 2013-cü ilin mart ayında Ukraynanın Nikolayev şəhərində olub. Erməni Edqar Qevorkyan şəhərdəki kazinoların birində hamilə gənc qız İnna Paxamovanı və mühafizəçi Nikolay Yakuşevi bıçaq zərbələri ilə öldürüb. E.Qevorkyan qumarxanada uduzduğu məbləği kassada oturan İ.Paxamovadan tələb edib və rədd cavabı aldıqda İnnanı 4 bıçaq zərbəsi ilə, mühafizəçi N.Yakuşevi isə 10 bıçaq zərbəsi ilə qətlə yetirib. Məhkəmədə E.Qevorkyan cinayət törətdiyini inkar edib, lakin istintaq zamanı polis işçiləri onu etiraf etməyə məcbur ediblər. 

Ölən qızın anası Y.Valino narahatdır ki, övladını öldürən erməni cəzadan yayına bilər. “Ona insan demək olmaz. Hamilə qızımı amansızcasına öldürüb, körpə nəvəmi anasız qoyub. Mənə isə pul təklif edirlər ki, qızımın başına gələnləri mətbuata çıxarmayım”. 

Nikolayevdəki erməni diasporun sədri Qarik Mkrtıçyan öncə cinayətkarın cəzasız qalmayacağını bildirsə də, sonda Y.Valiyona pul təklif edib ki, sussun. İndi çarəsiz qalan qadın Ermənistan prezidentinə məktub yazsa da, ona da cavab almayıb. 

Faciədən sonra atasını itirən qadın xəstə anasına baxdığı üçün Ermənistana gedə bilmir və qızının qatilinin layiqli cəza alması üçün kömək istəyir.

Aktual.az

Xəbər 811 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR