Hakimin görmədiyi hərəkətə görə cəza aldı

Hakimin görmədiyi hərəkətə görə cəza aldı
  • İDMAN

"Kristal Pelas" klubunun hücumçusu Konnor Uikhem İngiltərə Futbol Assosasiyası tərəfindən cəzalandırılıb.

Aktual.az goal.az-a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu 3 oyunluq diskvalifikasiya olunub. Uikhemə bu cəza komandasının ölkə kuboku çərçivəsində "Tottenhem"ə qarşı keçirdiyi matçda (1:3) rəqib müdafiəçi Yan Vertonqeni dirsəklə vurması səbəbindən verilib. Görüşün baş hakimi Martin Atkinson bu epizodu görməmişdi.

Yanvarın 25-də Federasiya gənc forvarda qarşı ittiham irəli sürdü və bəraət üçün ona 3 gün möhlət verdi. Lakin bu edilməyincə Uikhemin cəzası müəyyənləşdirilib.

Xəbər 469 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR