Hakimi təhqir edən futbolçu və həkim cəzalandırıldılar

Hakimi təhqir edən futbolçu və həkim cəzalandırıldılar

AFFA-nın İntizam Komitəsi Azərbaycan I divizionunda mübarizə aparan "Şəmkir" klubunun baş məşqçisi Kamran Əlibabayevə verilən 5 oyunluq texniki zonaya giriş qadağasına 1 oyun da əlavə edib.

Aktual.az-ın Report-a istinadən məlumatına görə, buna K.Əlibabayevin XXI turda "Neftçala" ilə qarşılaşmada tribunadan meydana daxil olaraq hakimə öz etirazını bildirməsi səbəb olub.

Sözügedən oyunun 74-cü dəqiqəsində şəmkirli azarkeşlər tərəfindən meydançaya kənar əşyalar atılıb və nəticədə klub 200 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra "Şəmkir"in futbolçusu Müşviq Teymurov və komandanın həkimi Bayram Bayramov hakimi təhqir ediblər. Bu səbəbdən futbolçu 4, həkim isə 5 oyunluq cəzalandırılıb, kluba isə hər iki hala görə 900 manat cərimə yazılıb.

Bundan əlavə, həmin oyunda "Şəmkir"in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə edilib.

Xəbər 523 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR