Hacıqabul sakini yeznəsini bıçaqladı

Hacıqabul sakini yeznəsini bıçaqladı

Hacıqabul rayonunda bıçaqlanma hadisəsi olub.
 
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə gecə saatlarında Hacıqabul rayonunun Talış kəndində qeydə alınıb. Kənd sakini, 1979-cu il təvəllüdlü Hüseynov Yaşar Ağahüseyn oğlu sərxoş vəziyyətdə bacısının həyat yoldaşını, həmin kəndin sakini olan 1973-cü il təvəllüdlü Yusifov Zaur Rizvan oğlunu bıçaqlayıb. 

Bel nahiyəsindən bıçaq xəsarəti alaraq çoxlu qan itirən Z. Yusifov Şirvan şəhər xəstəxanasına yerləşdirilib, əməliyyat olunub.  Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Y. Hüseynov saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
 
Aktual.az
Xəbər 92 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR