Gürcüstanlı jurnalist və bloqerlər Şuşa şəhərinə səfər ediblər

Gürcüstanlı jurnalist və bloqerlər Şuşa şəhərinə səfər ediblər

Gürcüstanlı jurnalist və bloqerlər Şuşa şəhərinə səfər ediblər.

Aktual.az xəbər verir ki, səfər çərçivəsində qonaqlar ilk olaraq Şuşa şəhəri üzrə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin binası qarşısına gəliblər.

Burada media mənsublarına şəhərin tarixi, mədəniyyət abidələri, eləcə də Şuşanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər haqqında ətraflı məlumat verilib.

Qonaqlar, eyni zamanda, Azərbaycanın görkəmli şəxsiyyətlərinin güllələnmiş büstlərinə baxıblar.

​Daha sonra media nümayəndələri Xurşidbanu Natəvanın saray kompleksinin qalıqları ilə tanış olublar. Onlara şairənin həyat və yaradıcılığı, eləcə də ev-muzeyinin əvvəlki vəziyyəti və mövcud durumu barədə məlumat çatdırılıb.

Qonaqlar səfər zamanı Şuşa qalasında da olublar. Qalanı gəzdikdən sonra media nümayəndələri Azərbaycan və Gürcüstan bayraqdarları ilə Qala divarlarının qarşısında xatirə şəkili çəkdiblər.

Səfər çərçivəsində, həmçinin Gövhər ağa məscidi ziyarət edilib.

Sonda media nümayəndələri Cıdır düzündə olub. Onların növbəti səfəri Gəncə şəhərinədir.
Xəbər 45 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR