Gürcüstanın turizmdən builki gəliri 3 milyard dolları ötüb

Gürcüstanın turizmdən builki gəliri 3 milyard dolları ötüb
  • DÜNYA

Gürcüstanın bu ilin yanvar-noyabr aylarında xarici turizmdən əldə etdiyi gəlir 3 051 424 548 ABŞ dolları təşkil edib.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasından bildirilib.
İllik müqayisədə gəlirdə 35,4 milyon dollar artım qeydə alınıb.
Təkcə noyabr ayında isə qonşu ölkə xarici turizmdən 201,734,437 dollar qazanıb ki, bu da ötən ilin eyni göstəricisindən 5,6% çoxdur.
Bu ilin I və II rüblərində turizmin Gürcüstanın ÜDM-dəki payı 7,7% təşkil edib. İllik müqayisədə artım 19,7% olub. 
Xəbər 368 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR