Gürcüstandan qanunsuz yolla keçirilən pirotexniki vasitələr aşkarlandı - FOTO

Gürcüstandan qanunsuz yolla keçirilən pirotexniki vasitələr aşkarlandı - FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 54 000 ədəd pirotexniki vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Aktual.az-a verilən məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdikləri avtomobillər saxlanılıb, gömrük baxışı keçirilib.
Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən, ümumilikdə 54 000 ədəd pirotexniki vasitələr aşkarlanıb.


Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər 43 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR