Gürcüstandan Azərbaycana narkotik keçirmək istədi, tutuldu - FOTO

Gürcüstandan Azərbaycana narkotik keçirmək istədi, tutuldu - FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstan vətəndaşları saxlanılıb. Saxlanılan şəxslərin nəqliyyat vasitələrinə baxış zamanı narkotik vasitələr aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Aktual.az-a verilən məlumata görə, Gürcüstandan gələn bu ölkə vətəndaşları - Jvarsheıshvılı Gıvı Qriqoliçə məxsus nəqliyyat vasitəsinin salonundakı cihazlar panelində siqaret külünün tökülməsi üçün nəzərdə tutulan yerdən, ümumi çəkisi 3 qram, Janıashvılı Vakhtang Piruzoviçə məxsus nəqliyyat vasitəsinin salonundakı, cihazlar panelində sənədlər üçün nəzərdə tutulan dolabından isə, ümumi çəkisi 7 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.
Gürcüstandan Azərbaycana narkotik keçirmək istədi, tutuldu - FOTO
Xəbər 232 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR