Gürcüstandakı seçkilərin tarixi məlum oldu

Gürcüstandakı seçkilərin tarixi məlum oldu

Gürcüstan prezidenti Qeorqi Marqvelaşvili bugünkü sərəncamı ilə ölkədə parlament seçkilərini oktyabrın 8-ə təyin edib.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Eka Mişveladze bildirib.

Onun sözlərinə görə, Gürcüstan prezidentinin imzaladığı sərəncam artıq baş nazir Qeorqi Kvirikaşvili göndərilib. Ölkədə seçkiqabağı kampaniyaya iyunun 8-dən start veriləcək.

Qeyd edək ki, 2010-cu ildə Konstitusiyaya edilən dəyişiklərə əsasən parlament seçkilərində qalib gələn partiya və yaxud siyasi birlik yeni baş nazirin namizədliyini irəli sürmək, eləcə də hökuməti formalaşdırmaq hüququna malik olacaq. 

Xəbər 508 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR