Gürcüstanda uşaq bağçasında kütləvi zəhərlənmə olub

Gürcüstanda uşaq bağçasında kütləvi zəhərlənmə olub

Gürcüstanın Tsxaltubo bələdiyyəsinin Gequti kəndinin uşaq bağçasında 11 uşaq zəhərlənib.

"Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, uşaqlar Kutaisi Şəhər Xəstəxanasına yerləşdirilib. Onlarda qarın ağrısı, qusma və yüksək hərarət müşahidə olunur.
Zəhərlənmənin dəqiq səbəbi hələ məlum deyil. Uşaqların süd və ya tərəvəz məhsullarından zəhərləndiyi ehtimal olunur.
Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin nümayəndələri zəhərlənmənin səbəbini müəyyən etmək üçün müvafiq tədbirlər həyata keçirir. 
 
Aktual.az
Xəbər 366 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR