Gürcüstanda turistlərə qarşı soyğunçuluq edən cinayətkar qrup saxlanılıb

Gürcüstanda turistlərə qarşı soyğunçuluq edən cinayətkar qrup saxlanılıb
  • DÜNYA

Gürcüstanın Batumi şəhərində əcnəbi turistlərdən hədə-qorxu gəlməklə pul tələb edən 4 nəfərdən ibarət cinayətkar qrup saxlanılıb.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Saxlanılan şəxslərin Batumidə klublardan birində çalışdığı müəyyən olunub. Həmin şəxslər 4 əcnəbi vətəndaşı ölümlə hədələyərək onlardan 2 580 türk lirəsi və 400 lari məbləğində pul alıblar.
Faktla bağlı istintaq aparılır. 
Saxlanılan şəxsləri 4 ildən 7 ilədək həbs cəzası gözləyir. 
Xəbər 268 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR