Gürcüstanda koronavirusla bağlı pandemiyaya hazırlıq rejiminə keçilir

Gürcüstanda koronavirusla bağlı pandemiyaya hazırlıq rejiminə keçilir
  • DÜNYA

"Koronavirusun Gürcüstanda yayılması riski artıb”.

"Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
Onun sözlərinə görə, ölkənin Səhiyyə Nazirliyi pandemiyaya hazırlıq rejiminə keçir.
Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze əhali arasında virusun yayılması riskinin əhəmiyyətli dərəcədə azaldılması üzrə bütün lazımı tədbirlərin görüldüyünü deyib: "Gürcüstanın sərhədlərində gediş-gəlişin məhdudlaşdırılması üçün əlavə tədbirlərə də hazırıq. Biz Gürcüstana daxil olmaların tamamilə qadağan olunmasının tərəfdarı deyilik”.
Nazir qeyd edib ki, koronavirusla bağlı əlavə tənzimləmələr hökumətə təqdim olunub.
Qeyd edək ki, hazırda Gürcüstanda koronavirusa yoluxma ilə bağlı heç bir hal qeydə alınmayıb.
Xəbər 490 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR