Gürcüstanda koronavirusa yoluxanların sayı 980-i ötdü

Gürcüstanda koronavirusa yoluxanların sayı 980-i ötdü

Gürcüstanda son sutkada koronavirusa 8 yeni yoluxma faktı təsdiqlənib. 

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək yoluxanların ümumi sayı 981-ə çatıb. Onların 851-i sağalıb, 15-i isə vəfat edib.
Hazırda Gürcüstan üzrə karantində 4 851, stasionar nəzarətdə isə 231 nəfər saxlanılır. Xüsusi rejimli xəstəxanalarda xaricdən gətirilən 31 Gürcüstan vətəndaşı da müalicə olunur.
Xəbər 376 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR