Gürcüstanda azərbaycanlılar arasında təbii artım 11% azalıb

Gürcüstanda azərbaycanlılar arasında təbii artım 11% azalıb

Bu ilin ötən dövründə Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində təbii artım 1 473 nəfər təşkil edib.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin illik hesabatında bildirilib. İllik müqayisədə bölgədə təbii artım 181 nəfər və ya 10,9% azalıb.
Ötən il Gürcüstanda təbii artım 1 637nəfər təşkil edib ki, bu da illik müqayisədə 64,5% azdır.
Hesabat ilində Kvemo Kartli bölgəsində nikahların sayı 2 556, boşanmaların sayı isə 1 107 təşkil edib. Nikah və boşanmaların sayı müvafiq olaraq 110 və 113 hal artıb.
2019-cu ildə Gürcüstanda nikahların ümumi sayı isə 23 285 (+0,4%), boşanmaların ümumi sayı isə 11 205 (+8,9%) olub.
Xəbər 202 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR