Gürcüstanda avtobus aşıb, xəsarət alanlar var

Gürcüstanda avtobus aşıb, xəsarət alanlar var
  • DÜNYA

Gürcüstanın Acarıstan Muxtar Respublikasının Keda rayonunda ağır yol qəzası baş verib.

"Report”un yerli bürosu xəbər verir ki, "Iveco” markalı sərnişin avtobusunun sürücüsü Tsxemna kəndi ərazisində idarəetməni itirib.
Nəticədə avtobus yolun kənarına aşıb. Nəqliyyat vasitəsində olan 10-a yaxın sərnişin müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər. 
Faktla bağlı araşdırma aparılır. 
Qəzanın başvermə səbəbləri müəyyənləşdirilir.
Xəbər 361 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR