Gürcüstanda 5 minə yaxın tibb işçisi koronavirusa yoluxub

Gürcüstanda 5 minə yaxın tibb işçisi koronavirusa yoluxub
  • DÜNYA

Gürcüstanda tibbi heyət arasında koronavirusa 5 minə yaxın yoluxma halı təsdiqlənib.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib.
O, tibb işçilərinin daha çox ev şəraitində yoluxduğunu deyib.
Nazir müavininin sözlərinə görə, səhiyyə işçiləri arasında COVID-19-a ən çox yoluxma halları sentyabr ayının sonunda qeydə alınıb: "Onların böyük əksəriyyəti artıq sağalaraq işə qayıdıb”.
Xəbər 402 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR