Gürcüstana turistlər axışır

Gürcüstana turistlər axışır

"İqtisadiyyat Nazirliyinin hazırladığı yeni strategiyaya əsasən, Gürcüstanda turistlərin sayı 11 mln nəfərə çatdırılmalıdır".

Aktual.az APA-ya istinadən bildirir ki, bu sözləri Tiflisdə beynəlxalq turizm sərgisinin açılış mərasimində çıxışı zamanı Gürcüstanın iqtisadiyyat naziri Dimitri Kumsişvili deyib.

"Bizim hazırladığımız turizmin inkişaf strategiyasına əsasən, ölkəyə gələn xarici turistlərin sayı 5.9 mln nəfərdən 11 mln nəfərədək çatdırılmalıdır", - deyə nazir bildirib.

Qeyd edək ki, Tiflisdə açılan beynəlxalq turizm sərgisində Estoniya, Latviya, Belarus, Türkiyə, İndoneziya, Qazaxıstan, Tailand və Ukrayna daxil olmaqla 68 ölkə və təşkilat iştirak edir.

Beynəlxalq sərgi aprelin 16-dək davam edəcək.

Xəbər 339 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR