Gürcüstan vətəndaşlarını səfərə çıxmamağa çağırdı

Gürcüstan vətəndaşlarını səfərə çıxmamağa çağırdı

Gürcüstan hökuməti ölkə vətəndaşlarını zərurət halları istisna olmaqla xarici ölkələrə səfər etməməyə çağırıb.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin ölkədəki koronavirusla bağlı vəziyyətlə bağlı yaydığı xüsusi bəyanatda bildirilib.
Qeyd olunub ki, koronavirusa qarşı effektiv mübarizə yalnız hökumətdən deyil, ümumilikdə ictimaiyyətdən də asılıdır.
Sənəddə vurğulanıb ki, ölkə vətəndaşlarının özünü təcridetmə qaydalarına diqqətlə riayət etməsi vacibdir.
Qeyd edək ki, bu günə qədər Gürcüstanda koronavirusa yoluxma ilə bağlı 24 hal təsdiqlənib. Karantində 295, stasionar nəzarətdə isə 49 nəfər saxlanılır.
Xəbər 349 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR