Gürcüstan İranla vizanı ləğv etmək istəyir

Gürcüstan İranla vizanı ləğv etmək istəyir
  • DÜNYA

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ötən gün İran prezidenti Həsən Ruhani ilə telefon danışığı aparıb.

Aktual.az Report-a istinadən bildirir ki, Gürcüstan tərəfinin təşəbbüsü ilə baş tutan danışıq zamanı Kvirikaşvili deyib ki, turizm sektorunun inkişafında maraqlı olan rəsmi Tiflis İranla vizasız gediş-gəliş istiqamətində konkret addım atacaq.

Qeyd edək ki, 2013-cü ilin yayında rəsmi Tiflis təktərəfli şəkildə İranla viza rejimini bərpa etdi. Bundan sonra iki ölkə arasında təyyarə reysləri dayandırıldı, Gürcüstan bazarında fəaliyyət göstərən 100-ə yaxın şirkət ölkəni tərk etdi.

Xəbər 400 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR