Gürcüstan azərbaycanlıları erməni hərbçinin büstünün götürülməsini tələb edirlər

Gürcüstan azərbaycanlıları erməni hərbçinin büstünün götürülməsini tələb edirlər

"Mixail Avaqyana büstün qoyulması təxribatdır".

"Gürcüstanda Qarabağ müharibəsində iştirak etmiş erməni hərbçi Mixail Avaqyana büstün qoyulması təxribatdır”.
Bunu Gürcüstan Azərbaycanlıları Milli Konqresinin (GAMK) sədri Əli Babayev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, abidənin açılması Gürcüstanın azərbaycanlı ictimaiyyəti tərəfindən şiddətlə qınanır: "Bunu Gürcüstan və Azərbaycan arasındakı münasibətlərə xələl gətirməkdə maraqlı olan qüvvələr təşkil edib. Abidənin məhz 20 yanvar tarixində təntənəli şəkildə açılması da təsadüfi deyil. Belə ki, Azərbaycan xalqı həmin gün 20 Yavnar şəhidlərini yad edir. Mixail Avaqyana abidənin qoyulması erməni separatçılarının Gürcüstanda ilk təxribatı deyil”.
Ə.Babayev qeyd edib ki, büstün açılması Gürcüstan ictimaiyyəti tərəfindən də hiddətlə qarşılanıb: "Biz, Gürcüstan hökumətini büstün qoyulmasına icazə verən səlahiyyətli yerli hakimiyyət orqanını dərhal müəyyən etməyə və abidənin götürülməsinə göstəriş verməyə çağırırıq”.(report.az)
Xəbər 268 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR