Gürcüstan ABŞ-la birbaşa aviauçuşlarla bağlı danışıqlara başlayır

Gürcüstan ABŞ-la birbaşa aviauçuşlarla bağlı danışıqlara başlayır
  • DÜNYA

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnavanın başçılıq etdiyi nümayəndə heyəti ABŞ-a yola düşüb.

"Report”un yerli bürosu xəbər verir ki, nazir Gürcüstan və ABŞ arasında birbaşa aviauçuşların başlanılması ilə bağlı danışıqlar aparacaq.
N.Turnava danışıqlar çərçivəsində dünyanın ən iri avişirkətləri – "Delta Air Lines” və "United Airlines” şirkətlərinin nümayəndələri ilə görüşlər keçirəcək.
Nazir öncə bildirib ki, Gürcüstan və ABŞ arasında birbaşa aviauçuşlar həm müsbət siyasi addım, həm də kommersiya cəhətdən cəlbedici olacaq.
Xəbər 51 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR