Güləşçilərimiz bürünc medal uğrunda mübarizə aparacaqlar

Güləşçilərimiz bürünc medal uğrunda mübarizə aparacaqlar
  • İDMAN

Qadın güləşi üzrə açıq Rusiya Kuboku yarışlarında Azərbaycan millisinin iki üzvü bürünc medal uğrunda görüşə çıxacaq.

Aktual.az goal.az-a istinadən xəbər verir ki, turnirdə 53 kiloqram çəki dərəcəsində mübarizə aparan Leyla Qurbanova yerli güləşçilər Stalvira Orşuş və Yekaterina Krasnovanı üstələyərək yarımfinala yüksəlib. Monqolustan təmsilçisi Otqontsetseq Davaasuxa məğlub olan güləşçimiz bürünc medal uğrunda görüşə qatılacaq. Güləşçimizin rəqibi Qazaxıstan təmsilçisi Juldız Eşimova olacaq.

Digər idmançımız Tatyana Omelçenko (60 kq) mübarizəyə 1/8 finaldan başlayıb. İlk görüşdə rusiyalı Yelizaveta Sorokina üzərində tam üstünlüklü qələbə qazanan güləşçimiz növbəti görüşdə digər yerli idmançı Lyubov Ovçarovaya məğlub olub. Rəqibin finala çıxması ilə Tatyana Omelçenko bürünc medal şansı əldə edib. Üçüncü yer uğrunda görüşdə onun rəqibi Yekaterina Vyunova (Rusiya) olacaq.
Turnirə dekabrın 11-də yekun vurulacaq.

Xəbər 418 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR