Güclü yağış İrana 7,5 milyon dollar ziyan vurdu

Güclü yağış İrana 7,5 milyon dollar ziyan vurdu
  • DÜNYA

Son bir neçə gün ərzində yağan güclü yağışlar və sel İranın Kohgiluyə və Boyer-Əhməd vilayətinin kənd təsərrüfatına 314 milyard rial (təxminən 7,47 milyon dollar) ziyan vurub.


Aktual.az Trend-ə istinadən xəbər verir ki, vilayətin kənd təsərrüfatı idarəsinin direktoru İlyas Tacəddini deyib ki, 830 hektar əkin sahəsinə, su quyularına, kanallara, suvarma sistemlərinə, yollara ciddi ziyan dəyib.

Qeyd edək ki, İranın Kohgiluyə və Boyer-Əhməd vilayətində ildə 850 min ton kənd təsərrüfatı məhsulları istehsal olunur.

 
Aktual.az
Xəbər 283 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR