Güclü külək Qubanın Xınalıq kəndində fəsadlara səbəb oldu

Güclü külək Qubanın Xınalıq kəndində fəsadlara səbəb oldu

Güclü külək Qubanın Xınalıq kəndində bir sıra fəsadlar törədib.

Aktual.az  Azərtac-a istinadən xəbər verir ki, beş gündür əsən külək noyabrın 1-də səhər daha da güclənib.
Nəticədə Xınalıq kənd internat tam orta məktəbinin, eləcə də, bir neçə ev və yarımtikilinin dam örtüyünə ziyan dəyib. Bəzi yerlərdə elektrik və rabitə xətləri qırılıb. Bu səbəbdən kəndə elektrik enerjisinin verilməsində məhdudiyyət yaranıb.
Quba rayon icra hakimiyyəti başçısının Xınalıq inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəsimi Məmmədovun verdiyi məlumata görə, fəsadların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. "Azərişıq” QSC-nin qəza briqadası qırılan elektrik xətlərini bərpa etdikdən sonra kəndə enerjinin verilməsinə başlanılıb.
İcra nümayəndəsi günün ikinci yarısından başlayaraq, kənddə küləyin sürətinin azaldığını bildirib.


Aktual.az 
Xəbər 386 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR