Güclü daşqın 5 ölü, 20 yaralı, 10 nəfər isə itkin düşüb

Güclü daşqın  5 ölü, 20 yaralı, 10 nəfər isə itkin düşüb

Tiflisdə baş vermiş güclü daşqın nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Gürcüstan Dövlət Təhlükəsizlik Şurasının rəhbəri Mindiya Canelidze təbii fəlakət nəticəsində 4 nəfərin öldüyünü bildirib. Onlardan 3-nün qadın və bir nəfərin zoopark işçisi olduğu bildirib. Tiflis meri David Narmaniya sonradan daha bir nəfərin meyitinin aşkarlandığını bildirib.
 

Hazırda ölənlərin sayı dəqiqləşdirilir. 

Tiflisin bir neçə mərkəzi yollarında hərəkət məhdudlaşdırılıb.  

Daşqın zamanı zooparkdakı vəhşi heyvanların qaçdığı da bildirilir. Zooparkdan qaçan heyvanların axtarışına aidiyyatı qurumların qüvvələri və xüsusi təyinatlılar cəlb olunub.  

Təbii fəlakət zamanı müxtəlif xəsarətlər almış 20-dək sakin xəstəxanalara çatdırılıb. Daha 10 nəfər itkin düşmüş hesab edilir.

Aktual.az

Xəbər 792 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR