GÜLƏR ƏHMƏDOVANIN OĞLU HƏBS EDİLDİ - Xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb

GÜLƏR ƏHMƏDOVANIN OĞLU HƏBS EDİLDİ - Xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb

Bakıda keçmiş deputat Gülər Əhmədovanın oğlu tutulub. "Report”un xəbərinə görə, hadisə fevralın 9-da, Bakının Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədov saxlanılıb.
Onun idarə etdiyi BMW markalı avtomobilinə baxış keçirilən zaman 1 ədəd "Glock-19” markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti "Report”a faktı təsdiqləyib. 
Xatırladaq ki, T.Əhmədov keçmiş deputat Gülər Əhmədovanın oğludur.
Xəbər 427 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR