Gənclər layihələrini
il boyu Gənclər Fonduna təqdim edə biləcəklər
6 fevral 2020-ci il tarixində
Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası
keçirilib.
İclasda Fond tərəfindən
2019-cu ildə görülmüş işlər barədə yekun hesabat dinlənilmiş, 2020-ci il üzrə Fəaliyyət
Planı, həmçinin Könüllülük ili ərzində təşkil olunacaq tədbirlər və Gənclər təşkilatlarının
layihələrinin qrant müsabiqəsindən kənar maliyyələşdirilməsi üçün mövzular
müzakirə olunaraq təsdiq olunmuşdur.
Həmçinin, Gənclər siyasəti ilə
bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə A və B kateqoriyaları
üzrə 14-cü qrant müsabiqəsi elan edilmişdir. 10 fevral tarixindən 10 mart
tarixinə qədər gənclər təşkilatları təsdiq edilmiş mövzular üzrə layihələrini Gənclər
Fonduna təqdim edə bilərlər.
Müşahidə Şurasının digər qərarına
əsasən fiziki şəxslərin layihələrinin maliyyələşdirilməsi istiqamətinə xüsusi
yenilik tətbiq edilmişdir. Belə ki, gənclər aktual mövzular üzrə layihələrini
artıq il boyu Gənclər Fonduna təqdim edə biləcəklər. Müşahidə Şurasının müvafiq
qərarına uyğun olaraq, müsabiqə mövzuları Gənclər Fondu tərəfindən
gənclərlə aparılacaq müzakirə və sorğular əsasında ən geci 15 gün ərzində müəyyən
edilərək, dərc olunacaqdır.
İclasda həmçinin Naxçıvan Gənclər
Fondunun icraçı direktoru Cəbi Quliyev tərəfindən 2 illik hesabat və növbəti il
üzrə nəzərdə tutulan fəaliyyət planının təqdimatı keçirilmişdir.
Xəbər 813 dəfə oxunub.