Gəncəyə raket hücumu cəzasız qalmamalıdır - Ceyhun Bayramovdan çağırış

Gəncəyə raket hücumu cəzasız qalmamalıdır - Ceyhun Bayramovdan çağırış

Bu gün Azərbaycanın ikinci böyük şəhəri Gəncənin Ermənistan tərəfindən raket atəşinə tutulmasından bir il ötür.

Aktual.az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov tvitter hesabında yazıb.

Nazir qeyd edib: "İnsanlıqdan kənar və insanlığa qarşı olan bu cinayət cəzasız qalmamalıdır. Ermənistan tərəfindən törədilən cinayət qurbanlarını dərin kədər ilə yad edirik".

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi ərzində Ermənistan Silahlı Qüvvələrinin dinc əhaliyə qarşı tətbiq etdiyi hərbi cinayətlər nəticəsində 12 uşaq amansızcasına qətlə yetirilib, 35 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 181 uşaq valideynlərindən birini, 5 uşaq hər iki valideynini itirib, bir ailə isə tamamilə məhv edilib. Ermənistan terorru nəticəsinə həlak olan hər bir dinc sakinlə bağlı cinayət işləri açılıb, beynəlxalq məhkəmələrə, təşkilatlara müraciətlər olunub.
Xəbər 444 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR