Gəncədə Oftalmologiya Mərkəzinin filialı açılıb

Gəncədə Oftalmologiya Mərkəzinin filialı açılıb

Gəncədə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin filialı açılıb.

Aktual.az xəbər verir ki, açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov, şəhərin səhiyyə işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında müxtəlif göz patologiyasına tutulmuş xəstələrə, o cümlədən uşaqlara yüksək ixtisaslı oftalmoloji yardımın göstərilməsi, qlaukomanın konservativ, cərrahi və lazer müalicə üsullarının tətbiqi, müxtəlif növ müasir süni optik linzaların implantasiyası və fakoemulsifikasiya üsulları ilə aparılan kataraktanın cərrahi müalicəsi üçün tam şərait yaradılıb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında bildirib ki, Azərbaycan tibb elmində parlaq iz qoymuş akademik Zərifə xanım Əliyeva bütün fəaliyyəti boyu yüzlərlə insanın gözünə nur bəxş etmiş, səhiyyəmizə böyük töhfələr verib.

Mərkəzin direktoru Elmar Qasımov isə dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil etdiyini vurğulayıb.

Konfransın elmi hissəsində Tibb Elimləri üzrə Doktor Yeqorov Aleksey Yevgenyeviç “Kistoz makulyar ödem”, Rusiya Qlaukoma Cəmiyyətinin direktoru Kats Dmitri Vasilyeviç “Qlaukomanın müalicəsinin müasir aspektləri” mövzusunda məruzə ilə çıxış ediblər.

Xəbər 732 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR