Futbolçuları aparan təyyarə İrəvanda məcburi eniş etdi

Futbolçuları aparan təyyarə İrəvanda məcburi eniş etdi

Qazaxıstanın futbol üzrə milli komandasının olduğu təyyarə martın 27-də səhər saatlarında Yerevanda məcburi eniş edib.

Aktual.az  report-a istinadən xəbər verir ki, bunu qazaxıstanlı jurnalist Yerbol Kairov "Twitter" səhifəsində yazıb.

O qeyd edib ki, təyyarə Yerevan hava limanından havaya qalxdıqdan az sonra təcili eniş edib. Buna səbəb kimi təyyarənin şassilərinin nasaz olması göstərilib.

Qeyd edək ki, Qazaxıstanın milli komandası 2018-ci il Dünya çempionatının seçmə qrup mərhələsində növbəti oyunda Yerevanda Ermənistan yığmasına 0:2 hesabı ilə uduzub. 
 
Aktual.az
Xəbər 497 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR