Futbol qaydasında dəyişiklik - Aut atışı ləğv olundu

Futbol qaydasında dəyişiklik   - Aut atışı ləğv olundu
  • İDMAN

Belçika futbolu qeyri-adi qərarla gündəmə gəlib.

Aktual.az qafqazinfo-ya istinadən bildirir ki, sözügedən ölkənin Flaman bölgəsində 9 yaşadək liqalarda aut atışı yığışdırılacaq.

Türkiyə mətbuatının yazdığına görə, həmin regionun futbol federasiyasının bu qərarına səbəb aut atışı zamanı uşaqların topa başla vurması nəticəsində alına biləcək zədələr göstərilib. Bunun qarşısını almaq üçün aut atışlarını əllə deyil, ayaqla yerinə yetirmək qərarı verilib.

Qeyd edək ki, mütəxəssislər bu qərarın 13 yaşa qədər qaldırılmalı olduğunu da vacib biliblər.

Xəbər 987 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR