Fuad Axundov Rusiya ilə münasibətlərdən danışdı

Fuad Axundov Rusiya ilə münasibətlərdən danışdı

"MDB məkanında Azərbaycanla Rusiya arasında mövcud olan mehriban və dost strateji tərəfdaşlıq münasibətlərinin başqa bir nümunəsi yoxdur. Gələcəkdə iki ölkə arasında münasibətlər daha da yaxşılaşacaq, ticarət dövriyyəsi artacaq".

Aktual.az xəbər verir ki, bunu Azərbaycan – Rusiya münasibətləri, müasir Azərbaycanın inkişafında Prezident İlham Əliyevin roluna həsr olunmuş onlayn "dəyirmi masa"da Prezident Administrasiyasının (PA) sektor müdiri Fuad Axundov deyib.

"Rusiyada müəyyən qüvvələr Azərbaycanın varlanandan sonra Qərbə doğru gedəcəyini, Azərbaycanla saziş imzalamağın yanlış olduğunu deyirdilər. Ancaq ilbəil Azərbaycan-Rusiya münasibətlərinin yaxşılaşdığı daha da əyani olub”, - o bildirib.

Sektor müdiri həm rəsmi Ankara, həm Moskva, həm də Vaşinqton ilə əlverişli münasibətlər qurmuş Prezident İlham Əliyevin uzaqgörən siyasət yürütdüyünü xüsusi vurğulayıb.

"Bu günlərdə Prezident əməkhaqqı və sosial ödənişləri artıran bir sıra fərman və sərəncam imzaladı. Halbuki qarşımızda 10 min kvadrat kilometr, yəni Livan boyda ərazini sıfırdan bərpa edib abadlaşdırmaq vəzifəsi durur. Hamımız Qarabağda olmuşuq, orada hər şeyin yerlə yeksan olduğunu əyani görmüşük. Bunlara baxmayaraq ölkə başçısı əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün vəsait tapmağı bacarır”, – PA rəsmisi diqqətə çatdırıb.
Xəbər 610 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR