Fransa hökumətində istefa

Fransa hökumətində istefa
  • DÜNYA

Fransanın xarici işlər naziri Loran Fabius istefa verib.


Aktual.az Report-a istinadən bildirir ki, bu haqda "BFM-TV" telekanal məlumat yayıb.

Məlumata görə, Fransa prezidenti Fransua Olland onu əvəz edəcək şəxsin adını bu gün açıqlayacaq.

Xəbərə əsasən, Loran Fabius Fransa Konstitusiya Məhkəməsinin sədr təyin ediləcək.

Qeyd edək ki, ötən ayın sonunda müstəntiqlər Loran Fabiusun oğlu Tom Fabiusu dələduzluq və çirkli pulların yuyulması işi ilə bağlı dindiriblər.
Söhbət 2013-cü ildə yüksək vəzifəli diplomatın oğlunun gəlir mənbələrini müəyyən etmək məqsədilə açılan cinayət işindən gedir. Müstəntiqləri xüsusi olaraq Tom Fabiusa məxsus olan və 2012-ci ildə 7 milyon avroya alınan Parisdəki mənzil maraqlandırıb.

Bu işlə bağlı fransalı nazirin oğlu dekabr ayının ortalarında 12 saat müddətinə həbs olunub.

Xəbər 222 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR