“Formula-1”də növbəti qəza - Foto + Video

“Formula-1”də növbəti qəza   - Foto + Video

Bakıda “Formula-1” yarışları çərçivəsində ikinci test yürüşü zamanı “Red Bull Racing”in pilotu Max Verstappen 1 sektorda döngəni düz kəsməyərək trasdan kənara çıxıb. 

Aktual.az Azvision.az-a istinadən xəbər verir ki, döngədən sola dönməli olan pilot düz istiqamətdə hərəkət edib və yolun bağlı olduğunu görüb. Pilot dərhal bolidini doğru istiqamətə sürərək mübarizəyə davam edib.

Bununla bağlı videogörüntünü təqdim edirik. 

Qeyd edək ki, “Formula-1” Avropa Qran-prisinin birinci test yürüşü zamanı “Haas” komandasının pilotu Esteban Qutyerres, “Red Bull Racing”in pilotu Daniil Kvayt və "Renault"un pilotu Kevin Maqnussen də eyni aqibətlə üzləşib.

 

Xəbər 566 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR