"Forbes" dünyanın ən yüksək maaşlı aktrisasının adını açıqlayıb - FOTO


"Forbes" jurnalının versiyasına görə Skarlett Yohansson ardıcıl iki ildünyanın ən yüksək maaşlı aktrisasıdır.

Aktual.az "Report"a istinadən xəbər verir ki, o, dünyanın ən yüksək maaşlı aktrisalarının reytinqində birinci yeri tutub.
Jurnalın xəbərində qeyd edilir ki, aktrisa 1 il ərzində 56 milyon dollarqazanıb.
Reytinq siyahısında ikinci yerdə Sofiya Verqaranın adı qərarlaşıb. Onun illik qazancı 44,1 milyon təşkil edib. 
Siyahıda Sofiya Verqaranın ardınca habelə Riz Uizerspunun da adı yer alıb. Hesabat dövründə onun qazancı 35 milyon dollar olub.
Dünyanın ən yüksək maaşlı aktrisalarının top 10-u 2018-ci ilin 1 iyunundan 2019-cu ilin 1 iyununa qədərki dövrdə ümumilikdə 314,6 milyon dollar qazanıblar. 

Xəbər 818 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR