FİFA-nın yeni reytinqi - Millimiz irəlilədi

FİFA-nın yeni reytinqi   - Millimiz irəlilədi

Bu gün FİFA milli komandaların növbəti reytinq siyahısını açıqlanıb.

Aktual.az qurumun saytına istinadən xəbər verir ki, dünyanın 209 komandasının yer aldığı siyahıda millimiz ötən ayla müqayisədə 1 pillə irəliləyib.

Ötən ay Kanada ilə yoxlama oyununda 1:1 hesabı ilə heç-heçə edən Robert Prosineçkinin komandası 253 xalla 137-ci pillədə qərarlaşıb.

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibləri olan Almaniya 4-cü, Şimali İrlandiya 28-ci, Çexiya 33-cü, Norveç 49-cu, San-Marino isə 200-cü yeri tutur.

Siyahıya Argentina başçılıq edir. Belçika ikinci, Kolumbiya üçüncüdür.

Xəbər 556 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR