Fəzail Ağamalı katibini işdən qovdu

Fəzail Ağamalı katibini işdən qovdu

Ana Vәtәn Partiyasının sәdri, millət vəkili Fәzail Ağamalı partiyanın mәtbuat xidmәtinin rәhbәri Ayşәn Ayxanı Feysbuk profilindә Almaniya bayrağını örtük fotosu elәdiyi üçün işdәn çıxarıb. 

Aktual.az Arqument.az-a istinadən xəbər verir ki, baş verənlərlə bağlı Ayşən Ayxan status paylaşıb:

“Məlum olduğu kimi hazırda coverimdə olan şəkli cover etdiyim üçün işdən azad edilmişəm. Bildiyiniz uyğun vakansiyalar varsa, bildirməyinizi rica edirəm. Çünki işləməyim vacibdir, hətta o dərəcədə ki, bir həftə belə işsiz qalmağım çox böyük itkidir mənim üçün. İşə necə ehtiyacım olduğunu, maddi sıxıntılarımı bilə-bilə belə absurd səbəblə məni işdən çıxardana və buna səbəbkar olana isə uzun ömür, can sağlığı diləyirəm. Necə deyərlər, kəsər dönər, sap dönər, gün gələr hesab dönər. Müqəddəs hesab etdikləri ayda gördükləri “savab" iş mükafatsız qalmaz ümid edirəm”, - deyə o yazıb.

Xəbər 2014 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR