Fələstin hökuməti istefaya göndərildi – FOTO

Fələstin hökuməti istefaya göndərildi – FOTO
  • DÜNYA

Fələstin dövlətinin başçısı Mahmud Abbas"texnokrat hökuməti” istefaya göndərib.


"Report” İsrail KİV-inə istinadən xəbər verir ki, Rami Hamdallanın başçılıq etdiyi hökumətin yerinə dövlət başçısını dəstəkləyən yeni hökumət qurulacaq.

Bildirilib ki, yeni hökumətin qurulması ilə bağlı komissiya yaradılıb. Hamdalla kabineti yeni hökumət formalaşanadək səlahiyyətlərini icra edəcək. Fələstin rəhbərliyi vurğulayıb ki, Mahmud Abbasın qərarı Baş nazirə etimadın itməsi ilə deyil, siyasi şəraitin dəyişməsi ilə bağlıdır.

Qeyd edək ki, texnokratlardan ibarət indiki milli birlik kabineti 2013-cü ildə HƏMAS-la danışıqlar aparmaq məqsədilə yaradılmışdı. Hökumət danışıqlar nəticəsində Qəzza zolağının Fələstin hakimiyyətinin nəzarəti altına keçməsinə nail olmalı idi. Ancaq HƏMAS bunun üçün Mahmud Abbasın hakimiyyətdən getməsini şərt olaraq irəli sürdüyündən danışıqlar uğursuzluqla nəticələnib.  

Xəbər 278 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR