“Facebook”da növbəti mühüm yenilik

“Facebook”da növbəti mühüm yenilik

“Facebook” növbəti mühüm yeniliyin anonsunu verib.

Aktual.az Lent.az-a istinadən xəbər verir ki, bundan sonra sosial şəbəkədə “Yaddaşa ver” düyməsini də görəcəyik. Yeni funksiya tezliklə bütün istifadəçilər üçün əlçatan olacaq.

Yaddaş düyməsi istifadəçilərə onların xoşuna gələn yazıları, videoları və digər kontentləri sonradan tanış olmaq üçün xüsusi qovluğa atmağa imkan verəcək.

Bundan başqa, yeni - “Quote Sharing” funksiyası da istifadəçilərin ixtiyarına veriləcək. Bu funksiya online paylaşım üçün daha rahat vasitə olacaq.

Mark Zukerberq bildirib ki, şirkət dünyadakı bütün insanların “Facebook”a çıxışını təmin etmək üçün yoxsul ölkələrin sakinlərinin pulsuz internetlə təmin edilməsinə yardımçı olacaq. Bunun üçün xüsusi lazerlər və dronlardan istifadə ediləcək.

Xəbər 287 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR