Facebook arzuolunmaz şəxslərlə mübarizə üçün müstəqil orqan yaradacaq

Facebook arzuolunmaz şəxslərlə mübarizə üçün müstəqil orqan yaradacaq
  • DÜNYA

Facebook şirkəti sosial şəbəkədə onun qaydalarını pozanlara qarşı mübarizədə kömək üçün müstəqil orqan yaratmaq niyyətindədir.

Aktual.az report-a istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Mark Sukerberq öz səhifəsində bildirib.
Müstəqil orqan sosial şəbəkə istifadəçilərinin şikayətlərinə baxacaq, Facebook qaydalarını pozan yazıları kənarlaşdıracaq. Bildirilir ki, yeni qurum 2019-cu ildə yaradılacaq.

Mark Sukerberq qeyd edib ki, bu orqanın məqsədi insanların səs hüququnun və təhlükəsizliyinin təminatı olacaq.
Facebook rəhbəri həmçinin əlavə edib ki, sosial şəbəkə layihənin işlənməsi ilkin mərhələsindədir. Müstəqil orqanda kimin təmsil olunacağı hələ məlum deyil. 
 
Aktual.az
Xəbər 315 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR